israil 1

İyunun 18-nə keçən gecə İrandan İsrail ərazisinə raket hücumları nəticəsində yaralanan 94 nəfər xəstəxanalara yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

“Zərərçəkmişlərdən birinin vəziyyəti orta ağır, 85 nəfərin vəziyyəti qənaətbəxşdir. Üç nəfər təşviş pozğunluğu ilə xəstəxanaya yerləşdirilib, daha beş nəfər isə hazırda tibbi müayinədən keçirilir, onların vəziyyəti hələlik müəyyən edilməyib”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: