Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin müşaviri təyin edilib.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, Orxan Fikrətoğlu Milli Kulinariya Mərkəzinin direktoru vəzifəsindən də istefa verib.
X X X
Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin rəhbəri Orxan Sadıqov (Fikrətoğlu) vəzifəsindən azad edilib.
Agentlikdən Globalinfo.az-a bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb.
O.Sadıqovun yerinə təyinat olmayıb. O, mədəniyyət naziri Adil Kərimlinin müşaviri vəzifəsinə təyinat alıb.














