Şəhid atası faciəvi şəkildə həlak oldu – TƏFƏRRÜAT / VİDEO

Şəhid atası faciəvi şəkildə həlak oldu - TƏFƏRRÜAT / VİDEO

Gəncədə baş verən partlayış hadisəsinin detalları məlum olub.

Hadisə Məhsəti qəsəbəsində qeydə alınıb.

“Şəhid atasıdır, oğlu 44 günlük Vətən müharibəsində şəhid olub. Metal tullantıları toplayıb satırdı”, – mərhumun qardaşı Arif Tağıyev bildirib.

Qeyd edək ki, Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atası olub.

Ətraflı Baku TV-nin süjetində:

***16:11

Unikal-ın məlumatına görə, hadisə nəticəsində həyatını itirən Asif Tağıyev Vətən müharibəsi şəhidi Eşqin Tağıyevin atasıdır.

***13:49

Gəncədə sursat partlayıb, ölən var.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

1974-cü il təvəllüdlü A.Tağıyev yaşadığı evdə minaatan mərmisi ilə ehtiyatsız davranması nəticəsində partlayış olub.

Nəticədə 50 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, A.Tağıyev mərmini örüş sahəsində qoyun otaran zaman tapıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.