Orduya göstəriş verildi: hücum hazırlığı başladı

Orduya göstəriş verildi: hücum hazırlığı başladı

Yüksək rütbəli ABŞ hərbi rəsmiləri Prezident Donald Trampa Venesuelaya qarşı potensial əməliyyatlar üçün yenilənmiş planları təqdim ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə CBS telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, planlarda ilk dəfə olaraq yerüstü hədəflərə zərbələr də daxil edilib.

Telekanalın məlumatına görə, Ağ Evdə keçirilən görüşdə Pentaqon katibi Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Trampa yaxın günlərdə görülə biləcək hərəkətlər barədə məlumat veriblər. Yekun qərar hələ qəbul edilməyib, amma bu addım Vaşinqtonun rəsmi “narkotik ticarəti ilə mübarizə” povestinə qarşı ciddi eskalasiyanı ifadə edir.

Artıq Venesuela sahillərində USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu yerləşdirilib, qrupda səkkiz döyüş gəmisi və bir nüvə sualtı qayığı da var.

Qeyd edək ki, Trampın “Narkomaniyaya qarşı müharibə” əməliyyatı son aylarda çoxsaylı insan tələfatına səbəb olub. CNN-in hesablamalarına görə, ABŞ Hərbi Hava Qüvvələri 20-yə yaxın qayığı məhv edib, 80-ə yaxın adam həlak olub.

Xatırladaq ki, Venesuela ordusu ABŞ-ın hücum ehtimalı ilı əlaqədar ölkədə 200 min hərbçinin səfərbər etmişdi.

Tahir Turan
Globalinfo.az