Ordunun Xocalıya girməsi ilə bağlı son dəqiqə açıqlaması: deputat Elman Məmmədov danışdı

Ordunun Xocalıya girməsi ilə bağlı son dəqiqə açıqlaması: deputat Elman Məmmədov danışdı

 

Sosial şəbəkələrdə Azərbaycan silahlı Qüvvələrinin Rusiya sülhməramlılarının müşayiəti altında Xocalı şəhərinə girdiyini əks etdirən fotolar paylaşılıb.

Maraqlıdır, ordumuz Xocalı şəhərinə daxil olub?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Elman Məmmədov deyib ki, Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etməliyik:

Elman Məmmədov: Xocalı soyqırımı şahidlərinə soyqırımına məruz qalmış şəxs statusu verilməlidir

Elman Məmmədov

“Saytlarda, sosial şəbəkələrdə ordumuzun Xocalıya girməsini əks etdirən foto materiallar yayılıb. 44 günlük müharibə zamanı da ordumuz Xocalıya girmiş, bir sıra kəndlər işğaldan azad edilmişdi. Hətta cənab Prezident bu ilin iyul ayında Sığnaq, Çanaqçı kəndlərinə səfər etdi.

Ordumuzun keçirdiyi uğurlu antiterror tədbirləri nəticəsində də Xocalının nəzarətimizə keçən kəndlərinin sayı birə-beş artdı. Xocalı rayonunun ərazisinin demək olar ki, əksəriyyəti bizdədir. Lakin ordumuzun şəhərə girməsi dəqiq deyil. Müdafiə Nazirliyi də rəsmi məlumatı verməyib. Tələsmək lazım deyil”.

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Azərbaycan Ordusunun Xocalıya daxil olması ilə bağlı yayılan fotolar rəsmi olmasa da inandırıcıdır:

Ordunun Xocalıya girməsi ilə bağlı son dəqiqə açıqlaması: deputat Elman Məmmədov danışdı

Asif Nərimanlı

“Təbii ki, erməni əhalisinin yaşadığı ərazilərdə mərkəzi hakimiyyət tam təmin edilmədiyi müddətdə belə xəbərlərlə bağlı rəsmi məlumat olmayacaq, çünki proses başa çatmayıb. Lakin antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasından sonra erməni silahlı dəstələrinin tərksilah edilməsi prosesinə paralel olaraq, digər ərazilərdə mərkəzi hakimiyyətin bərpası prosesi də aparılmalıdır, hətta yayılan məlumatlara əsasən hazırda aparıldığını da deyə bilərik.

Xocalıya daxil olmağımız da bu prosesin tərkib hissəsidir. Ordumuzun sülhməramlıların müşayiəti ilə daxil olduğu deyilir, bu, normaldır. Dediyim kimi, ərazilərdə mərkəzi hakimiyyətin bərpası dinc şəkildə həyata keçirilir və sülhməramlılar bu məsələdə vasitəçi olaraq iştirak edirlər. Bununla yanaşı, antiterror tədbirləri zamanı ordumuzun dinc əhalinin Xocalı və digər ərazilərdən çıxması üçün bütün şərait yaradılmışdı. Əvvəldən Xocalıda çox erməni yaşamırdı, indi əksəriyyəti çıxıb, o ərazilərin böyük hissəsi boşdur. Fikrimcə, yaxın dövrdə Xocalı, Xocavənd və Xankəndində mərkəzi hakimiyyətin bərpa ediləcəyini görə biləcəyik”.

Turan Rzayev
Globalinfo.az