Azərbaycan Ordusunun zabiti faciəvi şəkildə ölüb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, leytenant Elnur Cabbarov Qubadlıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Belə ki, onun idarə etdiyi “Mercedes” markalı avtomobil rayonun Muradxanlı kəndi ərazisində aşıb.
Hadisə nəticəsində E.Cabbarov həyatını itirib.














