Ermənistan Qafan hava limanından istifadə edə bilməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində informasiya yayılıb.
Belə ki, yerli əhali aeroportdan bu gün uçmalı olan təyyarənin havaya qalxmadığını bildirir. Bunun səbəbi isə ümumiyyətlə İrəvandan təyyarənin gəlməməsidir.
Qeyd edək ki, Ermənistanın qanunsuz olaraq Azərbaycanla sərhəddə yerləşən hava limanını işə salması rəsmi Bakının haqlı narazılığına səbəb olub.
Tamerlan Yayaqan
Globalinfo.az














