Ordumuzun bölmələri noyabrın 1-nə qədər… – MN məlumat yaydı

Ordumuzun bölmələri noyabrın 1-nə qədər... - MN məlumat yaydı

Azərbaycan ordusunun bölmələri tərəfindən istismar müddəti və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, döyüş sursatlarının məhv edilməsi prosesi 28.10. 2024-cü il tarixdən 01.11.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.