
2023.03.27 23:23
“Məlum olduğu kimi separatçı rejim ekofəalların Laçın yolundakı aksiyasından sonra dağ yolları ilə silah, sursat daşıyırdılar. Düzdür, bəziləri yazdıqları və efirdə dedikləri səhvi etiraf etməmək üçün dağ yollarının olmasını uzun zaman inkar edirdilər. Son əməliyyat həm də o “dahilərə” yerini göstərmiş oldu”.
Globalinfo.az xəbər verir ki, bunu hərbi reportyor Səxavət Məmməd deyib.
O, ordumuzun sözügedən əməliyyatı barədə detalları ilk dəfə açıb:
“Azərbaycan ordusunun komando briqadalarından biri əməliyyata son dərəcə ciddi hazırlaşaraq 4 istiqamətdə hərəkətə keçdi.
Birinci istiqamətdə separatçı rejimin silahlıları bir qədər müqavimət göstərməyə cəhd etdi. Məsələ ondadır ki, “UAZ pusqusu”ndan fərqli olaraq bu dəfə atəş dəstəyi, kəşfiyyat məlumatı lazım olan səviyyədə idi. Birinci mövqe götürüləndən dərhal sonra digər 3 mövqedəki erməni silahlıları postları qoyaraq qaçıb. Beləliklə, Azərbaycan ordusu yüngül xəsarət xaric, heç bir döyüş itkisi vermədən 4 postu da işğaldan azad edərək, Xəlifəli yolundakı mövqelərə yiyələnir”.
Ətraflı videoda:
Tamerlan Yayaqan
Globalinfo.az














