Keniyada helikopter qəzası: ordu komandanı öldü

Keniyada hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərdən birinin kimliyi məlum olub.

Globalinfo.az “Nations” qəzetinə istinadən xəbər verir ki, həmin şəxs Keniya Müdafiə Qüvvələrinin Baş komandanı Frensis Oqolladır.

***

Keniyada ölkənin Müdafiə Qüvvələrinin rəhbəri Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qərbi Pokot rayonu sərhədində baş verən qəza zamanı helikopterdə 7 hərbçinin də olduğu qeyd edilib.

Məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisədən sonra Keniya Prezidenti Uilyam Ruto təhlükəsizlik şurasını təcili iclasını çağırıb.

Qeyd edir ki, vertolyot havaya qalxdıqdan dərhal sonra qəza edib.

Ətraflı məlumat verilmir.