14 rsxb4d3sqbv4axs2048jpeg 8ee05688315edf6e

HƏMAS hərbi əməliyyatların tam dayandırılması və İsrail ordusunun bölgədən çəkilməsi müqabilində bütün israilli girovların azad edilməsinə dair danışıqlara başlamağa hazır olduqlarını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın liderlərindən Xalil əl-Heyya açıqlama yayıb.

Onun sözlərinə görə, bu proses çərçivəsində həmçinin İsrail həbsxanalarında saxlanılan razılaşdırılmış sayda fələstinlinin də azadlığı mümkün ola bilər.

“Biz dərhal danışıqlara başlaya bilərik. Bunun üçün ilk və əsas şərt Qəzzaya qarşı müharibənin tamamilə dayandırılması, bütün İsrail qüvvələrinin bölgədən çıxarılması, Qəzzanın yenidən qurulması və blokadanın aradan qaldırılmasıdır”, – deyə əl-Heyya “Al Jazeera” telekanalı vasitəsilə yayımlanan videomüraciətində bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: