Almaniya ordusu çətin vəziyyətə düşdü

Almaniyanın müdafiə naziri Boris Pistorius hökumətin iclasında 2025-ci ildə ölkənin hərbi büdcəsinin 6 milyard avro kəsiri olacağını bildirib.

Globalinfo.az xəbər verir ki, belə vəziyyətdə Almaniyanın ÜDM-nin 2%-i həcmində NATO-ya ödənişi risk altındadır.

Müdafiə Nazirliyi bu problemləri Maliyyə Nazirliyi ilə müzakirə etsə də,  hələlik konsensus əldə olunmayıb.

Maliyyə Nazirliyi müdafiə idarəsinin xəzinəsini doldurmağın yeganə yolunu yalnız sosial ödənişləri azaltmaqda görür.

Lakin buna kansler Şolts qəti etirazını bildirir.

Üstəlik, Almaniya hökuməti daha əvvəl vətəndaşları dəstəkləmək üçün vəsaitin olmadığını açıqlamışdı.

Safura Bənnayeva
Globalinfo.az