Orbanın “arzusu” reallaşır – Berlin Kiyevə pis xəbəri verdi

Orbanın "arzusu" reallaşır - Berlin Kiyevə pis xəbəri verdi

Almaniya kansleri Fridrix Mertz Ukraynanın tezliklə Avropa İttifaqına (Aİ) daxil olmaq  ümidini məhv edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə  “Exxpress” nəşrində məlumat qeyd olunub.

“O, bu ümidləri Rusiya ilə münaqişə bitənə qədər edə bilməyəcəyini söyləyib. Belə ki, Merz iyulun 18-də Berlində Rumıniya prezidenti Nikusor Dan ilə birgə mətbuat konfransı zamanı deyib ki,  döyüşlər dayandırılmayana qədər Ukraynanın Aİ-yə daxil olması mümkün deyil. Almaniya kansleri vurğulayıb ki , əsas prioritet hərbi münaqişəyə son qoymaqdır.

Onun sözlərinə görə, daha sonra Aİ ölkələri Ukraynanın bərpasını müzakirə edəcəklər. Bu da illər çəkəcək. Yəni nə qədər ki, münaqişə davam edir, Kiyevin Aİ-yə daxil olmasından söhbət gedə bilməz”, – deyə məqalədə bildirilib.

Xatırladaq ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına daxil olmasına qarşı çıxış etmişdi.

Əliyar Xəlil
Globalinfo.az