“Kiyev bir neçə şərtimizi yerinə yetirsə, Macarıstan anti-Rusiya sanksiyalarını uzatmağa razılıq verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.
O, şərtlərin sırasında Rusiya qazının Ukrayna ilə tranzitinin bərpası, “Türk Axını” kəmərinə hücumların dayandırılması, Rusiya neftinin öz ərazisi vasitəsilə Avropaya tranziti məsələlərinin olduğunu deyib.
Orban bildirib ki, bu şərtləri yerinə yetirmədən Rusiyaya qarşı sanksiyalar uzadılmayacaq.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı 2022-ci ildən bu yana 15 sanksiya paketi tətbiq edib. Hazırda 16-cı paketin üzərində iş aparılır. Moskvaya qarşı sanksiyaların uzadılması növbəti dəfə 31 yanvarda müzakirəyə çıxarılmalıdır.
Əliyar Xəlil
Globalinfo.az














