Orbandan Ukrayna açıqlaması: “Qoşulmamalıdır”

Orbandan Ukrayna açıqlaması: "Qoşulmamalıdır"

“Ukrayna NATO-ya qoşulmamalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Orban Volodimir Zelenskinin iştirakı ilə keçirilən plenar iclasda alyansın Ukraynaya hərbi dəstək vədlərinə qoşulmaqdan imtina edib.

Üstəlik, Ukraynanın ümumiyyətlə NATO-ya qoşulmamalı olduğunu deyib.

Daha öncə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukraynanın alyansa daxil olması indi qeyri-real görünür.

Müşviq Tofiqoğlu
Globalinfo.az