Macarıstanın Baş naziri Viktor Orban ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat dərc edib.
Məlumata görə, Orban Trampla isti münasibətlərinə baxmayaraq, ABŞ-a getməyəcək. Həmin gün o, Macarıstanın Avropa İttifaqına sədrliyinin yekunlarına dair hesabatla çıxış edəcək.
Xatırladaq ki, 2017-2021-ci illərdə ABŞ lideri olmuş Donald Tramp noyabrın 5-də keçirilən prezident seçkilərində qalib gəlib. O, 19-cu əsrdən bəri ABŞ-da dörd illik fasilədən sonra Ağ Evə qayıdan ilk siyasətçi olub. Onun inauqurasiyası yanvarın 20-də baş tutacaq.
Müşviq Tofiqoğlu
Globalinfo.az














