netanyahu 3 900x506 1

İsrailin Baş naziri Benyamin Netanyahu İran ətrafında yenidən artan gərginlik fonunda ölkəsinin istənilən ssenariyə hazır olduğunu bəyan edib. O bildirib ki, mümkün yeni hücuma əvvəlkindən daha sərt cavab veriləcək. 

Globalinfo.az xəbər verir ki, Netanyahunun sözlərinə görə, İsrailə qarşı hücum edən tərəflər bu dəfə əvvəlki reaksiyanı gözləməməlidirlər.

“Bizə hücum etsəniz, sakitlik gözləməyin. Əvvəlki kimi cavab alacağınızı da düşünməyin. Reaksiyamız tamamilə fərqli və qat-qat güclü olacaq”, – deyə Baş nazir vurğulayıb.

Netanyahu qeyd edib ki, İsrail artıq “İranın şər oxu” adlandırdığı qüvvələrə ciddi zərbələr endirib və ölkəsinə qarşı təhdid yaradan hər kəsə eyni şəkildə cavab verəcək. İsrailin daha yumşaq cavab verdiyi dövr artıq geridə qalıb.

Baş nazir həmçinin İsrailin İran ətrafında baş verə biləcək istənilən ssenariyə hazır olduğunu bildirib. Bununla belə, o, hadisələrin bundan sonra necə cərəyan edəcəyi ilə bağlı proqnoz verməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: