Orban onlara səsləndi: “Buna son qoyun!”

Orban onlara səsləndi: "Buna son qoyun!"

Macarıstanın Baş naziri Viktor Orban Avropanı bürümüş müharibə psixologiyasına son qoymağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkə hesabında yazıb.

“ABŞ-sız Ukraynanın şansı yoxdur. Lakin Brüssel ümidsiz hərbi strategiyaya sadiq qalmaqda davam edir. İrəli gedən yeganə yol – sülh yoludur!” – Orban qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Macarıstan Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasının qarşısını almağa səsləyib.

Əliyar Xəlil
Globalinfo.az