Orban irimiqyaslı müharibənin anonsunu verdi – “İki yolumuz var”

Orban irimiqyaslı müharibənin anonsunu verdi – “İki yolumuz var”

“Qərb silahları ilə Rusiyadakı obyektlərə zərbə endirilməsi NATO-nun Moskva ilə konfliktə cəlb edilməsi riski yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Avropa artıq bu konflikti necə bitirəcəyini düşünməlidir.

Orban bunun ya konflikti izolyasiya edib, diplomatik yol tapmaq, ya da müharibəni dərinləşdirməkdən keçdiyini bildirib:

“Biz dərk etmirik ki, odla oynayırıq. Avropa Birliyi sülh layihəsi əsasında doğulub. İkinci Dünya müharibəsindən sonra Avropa anladı ki, daha bir müharibənin öhdəsindən gələ bilməyəcək. Özümüzə sual verməliyik ki, Avropanın strateji maraqları nədən ibarətdir? Bütün bunlar doğru deyil və ictimai fikir müharibə yox, sülh istəyir. Bu, siyasi oyun deyil”.

Qeyd edək ki, bundan öncə 10-dan çox Qərb ölkəsi Ukraynaya öz silahlarından Rusiya ərazisini vurmaq icazəsi verib. Rusiya isə cavabında bildirib ki, bu, dəhşətli nəticələrə gətirib çıxaracaq.

Əliyar Xəlil
Globalinfo.az