Orban etiraf etdi: “Macarıstan Ukraynanın yerində olsaydı…”

Orban etiraf etdi: "Macarıstan Ukraynanın yerində olsaydı..."

“Macarıstan Ukraynanın yerində olsaydı, Rusiya ilə döyüşməzdi”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orbanın baş müşaviri Balazs Orban deyib.

O bildirib ki, hər ölkənin öz müqəddəratını həll etmək hüququ var və liderlər məsuliyyəti öz üzərinə götürür.

“Amma eyni vəziyyət Macarıstanın başına gəlsəydi, biz təcavüzkarlarla mübarizəyə başlamazdıq. Macarıstan 1956-cı ildə ruslara qarşı uğursuz mübarizədən özünə dərs çıxarıb. Biz yəqin ki, prezident Zelenskinin atdığı addımı təkrarlamazdıq. Çünki bu, məsuliyyətsizlikdir. Aydındır ki, o, ölkəsini müharibəyə sürüklədi, nəticədə insanlar öldü, ərazilər itirildi. Təbii ki, bu, onların suveren qərarıdır. Ancaq bizdən soruşsalar, tövsiyə etməzdik”, – deyə Orban vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az