viktor orban 1

Hazırda Avropada yeni dünya nizamına keçid səbəbindən xaos hökm sürür.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban TASS agentliyinə bildirib.

Orban bu qənaətə avropalı həmkarları ilə, o cümlədən Brüsseldəki sammitlərdə görüşlərdən sonra gəldiyini bildirib. O hesab edir ki, Avropanın hazırkı vəziyyəti çətin iqtisadi vəziyyət və yeni qaydalarla oynamaq istəməməsi ilə bağlıdır.

“Bu prosesin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir. Lakin müəyyən faktlar bizi bir-iki il əvvəl yaşadığımız dünyanın məntiqindən imtina etməyə və bu günə uyğun düşünməyə başlamalı olduğumuz gələcəyin məntiqini anlamağa sövq etməlidir”, – deyə Baş nazir qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: