RIA 8128330 pic4 zoom 1500x1500 99053

İstanbulda  Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu iyulun 23 və ya 24-də baş tuta bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “İndependent” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bu həftə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri görüşə bilər. Nümayəndə heyətinin yeri, vaxtı və tərkibi barədə məlumat açıqlanmır”, – nəşr bildirib.

Qəzet yazır ki, diqqətin humanitar yardım, məhbus mübadiləsi, infrastruktur təhlükəsizliyi və sərhəd təhlükəsizliyi tədbirləri kimi məsələlərə yönələcəyi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: