“Onun qələbəsi dünyaya əsl ümid verdi” – Serbiya prezidenti

“Onun qələbəsi dünyaya əsl ümid verdi" - Serbiya prezidenti

Serbiya prezidenti Aleksandr Vuçiç Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsinə müsbət reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Trampın qələbəsi dünyaya əsl ümid verdi. ABŞ-da dəyişikliklər etmək çox vacib idi”, – deyə Vuçiç vurğulayıb.

Qeyd edək ki, Serbiya Trampın prezident seçilməsini istəyən və ona dəstək verən ölkələrdən biri olub. Öz növbəsində Tramp Serbiya vətəndaşlarından aldığı dəstəyə görə onlara təşəkkür edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az