Onlar Zaporojye AES-dən dərhal çıxarılmalıdır! – MAQATE

Onlar Zaporojye AES-dən dərhal çıxarılmalıdır! - MAQATE

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) “Ukraynada nüvə təhlükəsizliyi, mühafizə və təminat” adlı qətnamə qəbul edib.

Globalinfo.az Axar.az-a istinadənxəbər verir ki, məlumatı Agentlik yayıb.

Bildirilib ki, Ukraynanın atom elektrik stansiyaları, o cümlədən Zaporojye AES Ukraynanın tam suveren nəzarəti altında fəaliyyət göstərməlidir.

MAQATE Rusiya hərbçilərini və digər şəxsi heyətin Zaporojya AES-in ərazisindən dərhal çıxarılmasını və stansiyanın təhlükəsizliyini təmin etmək üçün Kiyevin nəzarətinə qaytarılmasını tələb edib.

Eyni zamanda, Zaporoje AES Ukraynanın nəzarətinə qayıdana qədər Rusiyadan MAQATE-yə stansiyadakı bütün obyektlərə məhdudiyyətsiz girişin təmin olunmasını istəyib.

MAQATE öz növbəsində nüvə obyektlərinin təhlükəsiz istismarını təmin etmək üçün Ukraynaya siyasi, maliyyə, maddi-texniki və texniki yardımı davam etdirməyi öhdəsinə götürür.

Ukrayna prezidenti qətnaməyə görə MAQATE-yə təşəkkür edib.