Onlar gəlsə, nüvə toqquşması ola bilər – Rus general

Onlar gəlsə, nüvə toqquşması ola bilər - Rus general

“NATO ölkələri qoşunlarını Ukraynaya göndərmək istiqamətində işləyirlər. Məqsəd Moskvanı Kiyevin şərtləri ilə sülh danışıqlarına məcbur etməkdir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin deyib.

“Kiyevə hərtərəfli hərbi yardım göstərilir. Rusiyanı danışıqlara məcbur etmək üçün NATO ölkələri qoşunlarını Ukraynaya göndərmək planları qururlar. Bu, təhlükəli oyundur və birbaşa nüvə güclərinin hərbi toqquşmasına gətirib çıxara bilər”, – o bildirib.

A.Fomin həmçinin bu fonda Vaşinqtonun yeni nüvə doktrinası üzərində aktiv işlədiyini deyib. Nazir müavini bununla ABŞ-ın nüvə silahının tətbiqi ilə bağlı məhdudiyyətləri əhəmiyyətli dərəcədə azaldacağını söyləyib.

Əliyar Xəlil
Globalinfo.az