“Onlar tərk edilmiş insanlardır” – Qalstanyan

"Onlar tərk edilmiş insanlardır” - Qalstanyan

“Bir vaxtlar cəbhə xəttinə getmək sevincli idi, indi isə cəzadır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.

O bildirib ki, bu gün Ermənistanda insanları cəza olaraq cəbhəyə aparırlar.

“Bir məktub bütün düşüncəmizi dəyişdi. Bir vaxtlar cəbhə xəttinə getmək sevinc və şərəf idisə, indi cəzadır. Hazırda döyüş meydanı cəzanın çəkildiyi yerə bərabər tutulur. Bu gün mən döyüş meydanını tərk etməyən insanların yanında gəzməyə utanıram. Çünki onlar tərk edilmiş insanlardır”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az