İki paytaxta hücum? Poltava döyüşündə həll etdik – Putin

İki paytaxta hücum? Poltava döyüşündə həll etdik - Putin

Rusiya Prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasını “səhv addım” kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, Putin iki ölkənin belə bir addım atmasının gələcəkdə ciddi roblemlərə yol aça biləcəyini vurğulayıb.

“Nə? Rusiya Helsinkini ələ keçirməyi planlaşdırırdı? Yoxsa Stokholmu? Rusiyanın İsveçlə həll etmək istədiyi hər şeyi Poltava döyüşü (1709) zamanı həll etdi”, – o qeyd edib.

Rusiya lideri həmçinin vurğulayıb ki, Finlandiya və İsveç alyansa qoşulmaqla neytral statusun bütün üstünlüklərini itiriblər və bununla öz təhlükəsizliklərini daha da mürəkkəbləşdiriblər.

Tahir Turan
Globalinfo.az