tokayev 1 1

“Rusiya-Ukrayna müharibəsində sülhə can atmaq zəiflik yox, strateji düşüncədir”.

Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

O, müharibəyə son qoyulması və sülhün bərqərar edilməsinin vacibliyini vurğulayıb:

“Mən artıq Almaniyanın kansleri Olaf Şoltsla danışıqlarda Rusiyanın hərbi mənada məğlubedilməz olduğunu demişəm. Bu fakt tarix, Moskvanın hərbi potensialı və Prezident Vladimir Putinə əhalinin dəstəyi ilə təsdiqlənir. Bu səbəbdən hesab edirik ki, sülhün nizamlanması üçün müxtəlif variantlarının axtarılması mütləqdir, başqa yol yoxdur. Sülhə alternativ yalnız müharibədir. Bəlkə də bəzi dünya gücləri müharibənin olmasında maraqlıdır, lakin bu, böhrana gedən yoldur”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: