“NATO-nun Haaqa sammiti əslində Rusiya üçün strateji uğura çevrilib”.
Globalinfo.az xəbər verir ki, bu barədə Çinin “NetEase” qəzeti yazıb.
“Ukraynaya dəstək barədə səs-küylü bəyanatlara baxmayaraq , Qərb ölkələrinin vədləri ilə real hərəkətlər arasında uçurum artır. Alyansın bu cür qətiyyətsizliyi Rusiyaya xidmət edir. Bu, Prezident Vladimir Putinin qələbəsidir və onun strateji maraqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaradır”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az