Onlar Ermənistanı məhv etmək planının iştirakçısıdır – Saqatelyan

“Təhlükəsizlik qüvvələri dövlətə deyil, Ermənistan üçün əsas təhlükə olan Nikol Paşinyana xidmət edir”.

Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyan deyib.

“Tavuş məsələsi ilə bağlı etiraz edən müxalifəti susdurmaq cəhdləri Ermənistanda fəaliyyət göstərən diktatura rejiminin ən bariz göstəricisidir. Polis və ümumən təhlükəsizlik qüvvələri dövlətə deyil, Ermənistan üçün əsas təhlükə sayılan Nikol Paşinyana xidmət edir. Hüquq-mühafizə orqanlarının rəhbərləri öz əməlləri ilə Nikolun törətdiyi cinayətlərə ortaq olurlar. Onlar başa düşməlidirlər ki, bu rejimin qanunsuz sifarişlərini yerinə yetirməklə, Ermənistanı məhv etmək planlarının iştirakçısına çevrilirlər. Əgər Nikol sizi əbədi olduğuna inandırıbsa, bilin ki, o, yenə yalan danışıb”, – deyə Saqatelyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az