Onlar dərsə həftədə üç dəfə gedəcəklər

Onlar dərsə həftədə üç dəfə gedəcəklər

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura səviyyəsində dərs günlərinin sayı artırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqraf-a universitetdən məlumat verilib.

Bildirilib ki, bu ildən etibarən yalnız UNEC-də deyil, ümumilikdə respublika üzrə magistratura səviyyəsində dərs saatları həftəlik 12 saata yüksəldilib.

Bu səbəbdən magistrantlar həftədə üç dəfə dərsə gəlməlidirlər.

Məlumata görə, dəyişiklik magistratura təhsilinin təsnifat standartlarına əsasən həyata keçirilib.