Fitso ölümlə üzləşməsi haqda ilk dəfə danışdı: “Hadisəni törədən…”

Fitso ölümlə üzləşməsi haqda ilk dəfə danışdı: "Hadisəni törədən..."

“Hökumətə qarşı çıxan media və QHT-lər sui-qəsd cəhdinin əhəmiyyətini azaltmağa və hadisəni törədən şəxslə müxalifət arasında əlaqəni inkar etməyə çalışacaqlar”.

Globalinfo.az xəbər verir ki, bunu sui-qəsdə uğrayan Slovakiyanın Baş naziri Robert Fitso deyib.

O bildirib ki, hadisəni dəli bir şəxs yox, müxalifət fəalı törədib.

“Mayın 15-də siyasi baxışlarıma görə slovakiyalı müxalifət fəalı məni öldürməyə cəhd etdi”, – deyə baş nazir hadisədən sonrakı ilk video mesajında bildirib.

Baş nazir vurğulayıb ki, sui-qəsd cəhdindən bir qədər əvvəl Slovakiyada hökumət rəsmilərindən birinə hücum ehtimalı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, Slovakiyanın baş nazirinə qarşı sui-qəsd cəhdi mayın 15-də 71 yaşlı yazıçı Yuray Cintula tərəfindən həyata keçirilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az