İran mediasında yayılan xəbərlərə əsasən, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı İsmayıl Qaani Tehranın mərkəzi meydanında İsrailə qarşı əldə edildiyi iddia olunan qələbəni qeyd edərkən görüntülənib.
Globalinfo.az xəbər verir ki, müharibənin ilk günlərində bəzi xarici KİV Qaaninin həlak olduğu ilə bağlı məlumatlar yaymışdı. Lakin son görüntülər onun sağ və salamat olduğunu sübut edir.
Qaani Tehranın mərkəzində keçirilən kütləvi tədbirdə iştirak edib.
Aysel Əliyeva
Globalinfo.az














