Ölüm xəbəri yayılan şair: “Adamı ölməyə də qoymursunuz”

Ölüm xəbəri yayılan şair: "Adamı ölməyə də qoymursunuz"

Bu gün öldüyü deyilən şair Elkin Kərimli haqqında yayılan xəbərlərə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, şair öz “Facebook” səhifəsində yalan məlumata zarafatyana reaksiya verib.

“Adamı ölməyə də qoymursunuz” deyən şair Bakıdan kənara çıxmadığını və ailəsinin sözügedən xəbərlərdən narahatlığını dilə gətirib.

O, dünyasını dəyişən adaşına rəhmət diləyib.

Elkin Kərimlinin məsələyə gec münasibət bildirməsinin səbəbini isə şairin dostu Yetim Qacar Bizim.Media-ya açıqlamasında bildirib.

O, E.Kərimlinin mühafizə xidmətində çalışdığını və gün ərzində ona mobil telefondan istifadə etməyə icazə verilmədiyini deyib.

Xatırladaq ki, şair Elkin Qədirlinin ölüm xəbərinin yayılmasına onun bu gün vəfat edən vəkillə eyni ad və soyadı daşıması səbəb olub. Sonradan şəxslərin ata adları dəqiqləşdirilib, məsələ aydınlaşıb.