20250227 gaf u55 087 pic 32ratio 900x600 900x600 49002

“Ölkənin neytrallıqdan imtina etməsi və NATO-ya mümkün qəbulu ilə bağlı ictimai müzakirələrə açığam”.

Globalinfo.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger deyib.

“Bu gün nə ölkə parlamentində, nə də əhali arasında NATO-ya qoşulmağı dəstəkləyən çoxluq var. Lakin bu məsələnin müzakirəsi çox səmərəli ola bilər. Ölkəmin Şimali Atlantika Alyansına qoşulmağa tələsməsini istəməsəm də, Avstriya boş otura bilməz”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: