qizil 5

Martın 21-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla  külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Globalinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib.

Həmin şəxs gömrük əməkdaşı tərəfindən “Qırmızı kanal”a yönləndirilib, üzərinə və əşyalarına baxış keçirilib.

Rentgen qurğusunda vətəndaşa məxsus çantada qızıl-zinət əşyalarının təsviri görünüb.

Yoxlama zamanı çantada gömrük orqanına yazılı və ya şifahi qaydada bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birgə ümumi çəkisi 4 kq 700 qram, təqribi dəyəri 420 000 AZN olan  qızıl-zinət əşyaları aşkar olunub.

3c2d87dddd076e7fece2d4f1eacce3d0
2ae20bc2653e7857aa51ab172b35240e
4735ab6b71561d657db2b69354d636a2
c9f78fb3a8cf0c9015c87e7df94bb16d
79b72416b1b4dc3409fc15983c3cdaab

Paylaş: