Rusiyalı senator Nataliya Nikonorova Ukrayna prezidentinin keçmiş ofis rəhbəri Andrey Yermakdan nümunə götürərək, “onun dəstəsinin” Prezident Volodimir Zelenskini istefaya göndərə biləcəyini proqnozlaşdırıb.
Globalinfo.az xəbər verir ki, onun sözlərini TASS yayıb.
Nikonorovanın sözlərinə görə, Yermakın istefasından sonra Ukrayna liderinin mövqeyi sarsılıb.
“Zelenski indi öz idarəçilərinə xüsusi ehtiyatla tabe olmağa məcburdur, çünki o, uzun müddət öz vəzifəsində qeyri-legitim olub. Bir itaətsizlik aktı onun dərhal vəzifəsindən kənarlaşdırılmasına səbəb ola bilər”, – senator yekunlaşdırıb.
Tahir Turan
Globalinfo.az