Ölkəni qarışdıran qanun ancaq bu halda ləğv edilə bilər – Qaribaşvili

Gürcüstan hakimiyyəti ölkənin Avropa Birliyinə qəbul olunacağı təqdirdə “Xarici agentlər haqqında” qanunu ləğv edə və ya ona yenidən baxa bilər.

Globalinfo.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili bildirib.

“Əgər bizə desələr ki, sabah AB-yə üzv olacağıq, o zaman qanun çox asanlıqla ləğv edilə, yenidən işlənib hazırlana və ya yenisi qəbul edilə bilər”, – Qaribaşvili deyib.