Ölkələr hazırlaşır: Tramp prezident seçilsə… – 15 mənbə

Vaşinqtonun Avropadakı yaxın müttəfiqləri Trampın prezident seçiləcəyi halda ABŞ-la transatlantik münasibətlərin dağılmasına hazırlaşırlar.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Post” qəzeti 15 mənbəsinə istinadən çıxış edib.

Məlumata görə, avropalı siyasətçilər NATO-nu Trampdan qorumaq barədə tədbirləri müzakirə edirlər. Onların həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə düşündükləri bildirilib.

Qəzet yazır ki, avropalılar hərbi xərclərini soyuq müharibə dövründən sonra ən yüksək həddə çatdırıblar. Lakin ABŞ tərəfindən hərbi dəstəyin itirilməsinin Avropa Birliyinə ciddi zərbə vuracağı qeyd edilib.

Qəzetə danışan analitiklər isə kimin seçilməsindən asılı olmayaraq, iki namizədin də Ukrayna müharibəsini bitirməyə çalışacağını deyiblər.

Əliyar Xəlil
Globalinfo.az