Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 103 nəfər müalicə olunaraq sağalıb, 9 980 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir.
Ölkədə son sutka ərzində 1 784, hazırkı dövrədək isə 7 375 442 test aparılıb.
***
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 571 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 199, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 195, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 47 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 922 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 392 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 962, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 391 605, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 945 nəfər təşkil edir.














