Ölkədə pandemiya və vaksinasiya ilə bağlı SON MƏLUMAT

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 281 nəfər müalicə olunaraq sağalıb, 10 119 nəfər vəfat edib, aktiv xəstə sayı 148 nəfərdir.

Ölkədə son sutka ərzində 2 110, hazırkı dövrədək isə 7 524 850 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 237 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 78, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 88, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 948 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 169, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 977, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 204, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 617 nəfər təşkil edir.