“Azərbaycanda kişilərin cinsi istismara məruz qalmasl faktı ilə qarşılaşmamışıq,burada zərərçəkənlərin demək olar ki,hamısı qadınlardır”.
Globalinfo.az xəbər verir ki,bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Vamiq Naməndzadə qeyd edib.
V. Naməndzadə məcburi əməyə cəlb edilmədə xarici ölkə vətəndaşlarının da zərərçəkənlər arasında olduğunu və insanların istifadə etdiyi sosial platformaların daimi monitorinq edildiyini bildirib:
“Amma məcburi əməyə cəlb edilmədə hər iki cins arasında bu göstərici bərabərdir deyə bilərik. Əsasən,kişiləri ölkəmizdə bu məsələdə zərərçəkən rolunda olduğunu görürük. Hətta ölkəmizdə xarici ölkə vətəndaşı olan kişilərin də kənd təsərrüfatı və digər sahələrdə məcburi əməyə cəlb edilməsi faktları aşkar edilib.
Biz Azərbaycanda kütləvi informasiya vasitələrinin, kütləvi istifadə edilən platformaların saatbaşı monitorinqini həyata keçiririk. Bu zaman həm cinsi istismara məruz qalma və fahişəliyə cəlb edilmə hallarını müşahidə etmişik. Bu istiqamətdə lazımı tədbirlər həyata keçirilib”.
“Amma məcburi əməyə cəlb edilmədə hər iki cins arasında bu göstərici bərabərdir deyə bilərik. Əsasən,kişilərin ölkəmizdə və xarici ölkələrdə bu məsələdə zərərçəkən rolunda olduğunu görürük. Hətta ölkəmizdə xarici ölkə vətəndaşlarının da kənd təsərrüfatı və digər sahələrdə məcburi əməyə cəlb edilməsi faktları aşkar edilib.
Biz Azərbaycanda kütləvi informasiya vasitələrinin, kütləvi istifadə edilən platformaların saatbaşı monitorinqini həyata keçiririk. Bu zaman həm cinsi istismara məruz qalma və fahişəliyə cəlb edilmə hallarını müşahidə etmişik. Bu istiqamətdə lazımı tədbirlər həyata keçirilib”.
Ayşən Mustafa
Globalinfo.az














