Ölkədə artan ölümlər narahatlıq yaratdı – Səbəblər gizlədilir

Ölkədə artan ölümlər narahatlıq yaratdı – Səbəblər gizlədilir

Şagird və tələbələrin ölümləri ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Növbəti belə hadisə Bakının Suraxanı rayonunda baş verib. Belə ki, 282 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ziya Vəlizadə xəstəliyə görə vəfat edib. Adətən bu cür vəziyyətdə səbəb və ya xəstəliyin adı açıqlanmır. Bu müəmma ictimaiyyətin də diqqət çəkir.

Şagird və tələbələr arasında ölüm halları niyə artır?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, istənilən şəxsin ölüm səbəbi mütləq araşdırılmalıdır:

“Azərbaycanda məhkəmə-tibbi ekspertiza sahəsində ciddi boşluqlar var. Xüsusilə cəmiyyətdə gənc şəxslərin meyitinin təşrih olunmasına qarşı mənfi yanaşma var. Valideynlər, qəyyumlar və yaxın qohumlar bu prosesə razılıq vermirlər. Nəticədə ölümün və ya xəstəliyin dəqiq səbəbini müəyyənləşdirmək olmur. Bu reallığı qəbul etmək və belə yanaşmadan uzaq durmaq lazımdır. Əgər məktəbdə, evdə, küçədə və ya xəstəxanada ölüm halı baş veribsə, bu, araşdırılmalıdır. Bəzən xroniki xəstəliyi olan birinin ölüm səbəbi fərqli ola bilər. Bu iki halı bir-birindən fərqləndirmək vacibdir”.

Ölkədə artan ölümlər narahatlıq yaratdı – Səbəblər gizlədilir

Adil Qeybulla

Mütəxəssis bildirib ki, belə araşdırmalar sayəsində kriminal faktorun olub-olmaması, prosesin gedişatı və ölkə üzrə hansı xəstəliklərin yayılması, statistik məlumatlar toplanır:

“Bu bilgilər yalnız sistemli və elmi yanaşma ilə əldə oluna bilər. Təəssüf ki, bizdə çox vaxt bu yanaşmanın əvəzinə, fərziyyələrə əsaslanan fikirlər səsləndirilir. Artan gənc ölümlərin səbəblərini və xəstəliklərin dəqiq dinamikasını yalnız qeyd etdiyim yollar təhlil etmək mümkündür. Vəziyyət qaranlıq qalarsa, atılacaq addımlar da təsirli olmayacaq.”

Ləman Hüseynzadə
Globalinfo.az