Ölkə kubokunda finalçılar bu gün bəlli olur

 

Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin oyunları keçiriləcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, qalib gələcək komandalar mayın 24-də keçiriləcək final matçına vəsiqə qazanacaqlar.

İlk yarımfinal oyununda “Baku Fire” və MUM komandaları üz-üzə gələcəklər. Matça saat 19:30-da start veriləcək. Digər matçda isə “Neftçi” komandası “Rəvan” ilə qarşılaşacaq. Görüşün start fiti saat 21:30-da səsləndiriləcək.

Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.