DÇ-2022: Argentina Meksikaya qalib gəldi

Argentina Meksikanı 2-0 məğlub etdi və bununla da 3 xal qazandı.

***

Argentina matçın 87-ci dəqiqəsində Hernandezin qolu ilə fərqi artırdı: 2-0.

***

Messi matçın 64-cü dəqiqəsində komandasını hesabda önə çıxardı: 1-0.

***

Qətərdə keçirilən dünya çempionatında Argentina və Meksika yığmaları arasında C qrupunun II tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının C qrupunun II turunda üz-üzə gələcək Argentina və Meksika yığmalarının start heyətləri açıqlanıb.

Globalinfo.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-liklər”lə çıxacaqlar:

Argentina: Dibu Martínez, Montiel, Lisandro Martínez, Otamendi, Akunya, De Paul, Quido Rodrigez, MekAllister, Anxel Di Mariyaa, Lautaro Martinez, Lionel Messi.

Meksika: Oçoa, Arauxo, Montes, Moreno, Alvarez, Herrera, Quardado, Çavez, Qalyardo, Lozano, Veqa

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.