İsrailin endirdiyi zərbələr nəticəsində azı 20 yüksək rütbəli iranlı komandir öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
“İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri və Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə həlak olanlar arasındadır”, – deyə bildirilib.
Qeyd edək ki, iyunun 13-də İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib.
Əliyar Xəlil
Globalinfo.az