upload RIA 8527670 pic4 zoom 1500x1500 20615

Almaniya “European Gymnastics” yarışlarında Rusiya simvolikasının qadağan edilməsi ilə bağlı müraciət məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Gimnastika Federasiyasının mətbuat katibi Torsten Hartmann deyib.

“Biz 11 ölkə adından bu müraciəti “European Gymnastics“ə göndərdik. Məktubu Almaniya, Avstriya, Estoniya, Böyük Britaniya, Finlandiya, Niderland, İsveçrə, Lixtenşteyn, Norveç, İsveç və Danimarka nümayəndələri imzalayıb”, – deyə o bildirib.

Xatırladaq ki, 2022-ci ilin fevral ayının sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək Rusiya və Belarus idmançılarının bütün yarışlardan kənarlaşdırılmasını tövsiyə edib.

2023-cü ilin sonunda isə təşkilat Rusiya və Belarus idmançılarının 2024 Yay Olimpiya Oyunlarında neytral statusda iştirakına icazə verib.

Eyni yanaşma 2026 Olimpiadası üçün də tətbiq olunub və bir neçə idmançı neytral statusda iştirak üçün qəbul edilib.

Bəzi beynəlxalq federasiyalar Rusiya idmançılarına yenidən Rusiya bayrağı və himni ilə çıxış etməyə icazə verməyə başlayıb. Məsələn, bu, sambo, cüdo və boks idman növlərinə aiddir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: