İranın sabiq prezidenti Mahmud Əhmədinejad Tehran küçələrində görünüb.
Globalinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu gün o, paytaxt Tehranda keçirilən yürüşdə iştirak edib.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də başlayan İslam Respublikasına qarşı təcavüzü zamanı M.Əhmədinejadın evi yerləşən küçə bombalanmışdı. Bundan sonra eks-prezidentin və ailəsinin həlak olduğu iddia olunurdu.