Kilsəyə hücumla bağlı 17 İŞİD üzvü saxlanıldı

İstanbulda “Santa Maria” kilsəsinə hücumla əlaqədar İŞİD terror təşkilatının üzvü olan 17 şübhəli şəxs saxlanılıb.

Globalinfo.az bildirir ki, bu barədə Türkiyənin təhlükəsizlik mənbələrindən xəbər verilib.

Bildirilir ki, MİT (Milli Kəşfiyyat Təşkilatı) və Təhlükəsizlik Baş İdarəsinin koordinasiyalı şəkildə həyata keçirdiyi araşdırmalar zamanı şübhəlilər təsbit edilib və onlara qarşı eyni vaxtda əməliyyat təşkil edilib.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu təşkilati sənədlər də ələ keçirilib.

Xatırladaq ki, yanvarın 28-də İstanbulun Sarıyer rayonunda “Santa Maria” kilsəsində ibadət zaman silahlı hücum baş verib. Kilsəyə daxil olan iki maskalı şəxs ibadət edən şəxsə silahla hücum edərək onu öldürüblər.