Oğuzda yol qəzası zamanı xəsarət alanların hamısı Qarabulaq kənd məktəbinin dörd qadın müəllimidir.
Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə nəticəsində sürücü xəsarət almayıb, digər xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı xəsarət alan müəllimlərin kimliyi dəqiqləşdirilib:
Leyla Rzayeva (sürücü, 1989-cu il təvəllüdlü), sərnişinlər Aynurə Sərkərova (1977), Nuranə Rüstəmova (1987) və Cəmalə İsgəndərova (1982).
Qəza müəllimlərin məktəbdən çıxıb evə qayıtdıqları zaman qeydə alınıb.














